Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çərçivə rolunu oynamalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo fransız mətbuatına deyib.
Pompoe bildirib ki, ABŞ, Fransa və Rusiya ilə birlikdə əsas məqsədi Dağlıq Qarabağdakı münaqişəni həll etmək olan Mİnsk Qrupunun həmsədr ölkələridir: “Vəziyyət məhz bu çərçivədə həll olunmalıdır”.
Yaxın müddətdə vəzifəsi ilə vidalaşacağı şübhə doğurmayan dövlət katibi Türkiyənin hərbi potensialının artmasından narahat olduğunu ifadə edib.