17 Noyabr 2020 11:19
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan ABŞ-dan “F-35” tipli döyüş təyyarələri almaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Müdafiə Nazirliyinin noyabrın 6-da təyyarənin alınması üçün Amerika hökumətinə bir tələb məktubu göndərdiyi bildirilib.

“Greek Reporter”in məlumatına görə, nazirliyin silahlanmaya məsul olan “Theodoros Lagios” şirkətinin yazdığı məktubda F-35 “Joint Strike Aircraft” proqramına qatılma qərarının “yeni və ya varsa ABŞ Hava Qüvvələri tərəfindən istifadə edilmiş 18-24 döyüş təyyarəsinin alınması ilə yanaşı, təyyarənin çatdırılması, konfiqurasiyası və geri ödəmə qrafiki” də daxil olmaqla bir neçə amilə əsaslanacağı qeyd edilib.

Məktubda daxili maliyyə tənzimləmələri və Avropa Birliyinin büdcəsi və büdcə kəsiri səbəbiylə ilk çatdırılmanın 2021-ci ildə edilməsinin vacib olduğu bildirilib: “Bu proqramı həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Sözügedən addım Yunanıstan Baş naziri Kiryakos Miçotakisin Fransadan 12-si az istifadə edilmiş, 6-sı yeni olan 18 “Rafale” tipli cüt mühərrikli döyüş təyyarəsi almağa qərar verməsindən sonra atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər