Nigeriyanın Dövlət büdcəsi və planlaşdırma naziri Klem Aqba paytaxt Abucada təşkil edilən “Nigeriya Qidalanma Həftəsi 2020”-nin açılışına qatılıb.
Teleqraf.com xəbər verir ki, Aqba çıxışında hökumətin son illərdəki səylərinə baxmayaraq, uşaqların qidalanması ilə bağlı ciddi problemlərin olduğunu bildirib.
Ölkədə beş yaşınadək 2.5 milyon uşağın qida problemi ilə qarşılaşdığına diqqət çəkən Aqba qeyd edib:
“Nigeriya bu rəqəmlə aclıqdan əziyyət çəkən uşaq sayına görə, dünyada ikinci yerdə dayanır”.