Azərbaycan ordusunun Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlamasından sonra işğalçı Ermənistanın tərəfində dayandığını aşkar şəkildə elan edən Fransa Prezidenti Emmanuel Makron ənənəsinə sadiqdir.
Teleqraf.com xəbər verir ki, Fransa başçısı bu dəfə də işğalçılara yardım əlini uzadacağına söz verib.
Makron Yelisey Sarayında “Aznavur” Fondunun həmtəsisçisi Nikolas Aznavur da daxil olmaqla, ölkənin erməni icmasının nümayəndələrini qəbul edib. Bu barədə “Aznavur” Fondunun rəsmi Feysbuk səhifəsində məlumat verilib.
Fransa prezidenti işğalçı Ermənistana humanitar yardım göndərəcəyinə söz verib.