17 Noyabr 2020 15:11
5 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Konqresi Dağlıq Qarabağ ermənilərinə humanitar yardım göndərilməsi və Azərbaycana silah satışının dayandırılması təklifini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İspaniyadakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, İspaniya Konqresinin üzvü Con İnarritunun Dağlıq Qarabağa humanitar yardım göndərilməsi və Azərbaycana silah satışının dayandırılması ilə bağlı təklif-petisiyasını qəbul edib.

Əlavə edək ki, ispan deputat ötən ay Xankəndinə qanunsuz səfər edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki keçmiş separatçı rejimin "başçısı" Arayik Arutyunyanla görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər