3 May 2014 23:40
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yeni yaradılan tarixi muzey spirtli içkiləri sevən rusların iştahasını bir qədər küsdürəcək
Moskvada "Sərxoşluq tarixi muzeyi" yaradılıb.

Teleqrfa.com-un verdiyi məlumata görə, Moskvada yeni yaradılan tarixi muzey spirtli içkiləri sevən rusların iştahasını bir qədər küsdürəcək. Çünkü sərxoşluq tarixi muzeyində sərxoşlara tarixən tətbiq edilən fiziki cəza metodlarını görən şəxslər çətin ki bir də bu içkiyə bir daha meyl etsinlər. Məsələn spirtli içki aludəçiləri sirkə dolu çənin içində bədəni çürüyənədək saxlanılmalarından, işgəncə kreslolarında oturmalarınadək bir-birindən dəhşətli cəzaların numayiş olunduğu bu muzeydə sərxoşluğa garşı mübarizə məqsədiylə hazırlanmış karikatura ve posterlər də diqqət çəkirdi.

Muzeyin qurucusu Valeri Pereverzev isə insanların sərxoş olana qədər içki içmələrinin sağlam düşüncəyə tərs bir davranış olduğunu hesab edir.

Valeriy Pereverzev: “Bu muzey əslində sərxoşluğa garşı mübarizə məqsədiylə qurulmayıb. Biz sadəcə sərxoşluq tarixini göstərməyə çalışmışıq. Ancag burda sərxoşlara qarşı cəza metodlarını görənlər və spirtin isə əslində nəcasət qarışıq qazlı bakteriya olduğunu öyrənənlər əlbəttə bundan çox təsirlənirlər”.

Muzeyə gələnlər arasında sərxoşluqdan əziyyət çəkənlər də az deyil.

Moskva sakini, Nadejda Yeloxina : “Həyat yoldaşım son vaxtlar həddindən çox içki içməyə başladı. Bu muzeyin açıldığını eşidən kimi onu bura gəlməyə vadar etdim. Ümid edirəm ki, o, buradaki eksponatlardan özünə gərəkli dərsi alacaq”.

Hər il adam başına ortalama 18 litr spirtli içki içilən Rusiyada 500 min insan bu zərərli mayedən yaranan xəstəliklər ucbatından həyatını itirir./anspress/


Müəllif: Teleqraf.com