Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda təşkil etdiyi əməliyyatda boz kateqoriyasında axtarışa verilən PKK terror təşkilatının Sincar üzrə lideri “Azad Heşet” kod adlı İrfan Akcan zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda boz kateqoriyasında axtarılan Akcanın PKK/KCK terror təşkilatının Sincar bölgəsindəki lideri olduğu bildirilib.
Akcan MİT tərəfindən yaxından təqib edilib. Akcanın Sincar və Suriya arasındakı terror və sursat keçidlərini koordinasiya etdiyi və sərhəd xəttində ticarətlə məşğul olan yerli sakinlərdən xərac topladığı müəyyən edilib.
MİT tərəfindən Akcanın Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı istifadə edilmək üçün Suriyadan silah-sursat və terrorçuları İraqa köçürəcəyi barədə kəşfiyyat məlumatı alınıb. Akcanın noyabrın 8-də Sincarda keçirilən əməliyyat zamanı zərərsizləşdirildiyi bildirilib.