“Rusiya azərbaycanlı və erməni qaçqınlarına keçmiş yaşayış yerlərinə qayıtmalarında kömək etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Həm azərbaycanlı, həm də erməni qaçqınlar keçmiş yaşayış yerlərinə beynəlxalq hüquq normalarına tam uyğun olaraq, könüllü qayıtmalıdırlar. Əlbəttə ki, köhnə yaşayış yerlərinə yerləşməsində onlara kömək göstərilməlidir. Həmin yerlər hərbi əməliyyatlara məruz qalıb və orada bərpa işlərinin aparılması lazımdır”, - Lavrov bildirib.
O, BQXK prezidenti Peter Maurer ilə danışıqlar zamanı bu məsələləri müzakirə etdiyini qeyd edib: “Əlbəttə, beynəlxalq təşkilatlar öz rollarını oynaya bilər, buna hər cür kömək edəcəyik. Ən qısa zamanda qayıtmaq istəyənlərə kömək etmək, bunu ən təhlükəsiz, ən rahat vəziyyətdə etmək vacibdir”.