18 Noyabr 2020 00:39
4 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın supergüc statusuna asas maneə müttəfiqlərinin və kifayət qədər hərbi bazasının olmamasıdır”.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama “Vəd edilmiş torpaq” kitabında dilə gətirib.

ABŞ-ın 44-cü prezidenti kitabında Rusiya artıq supergüc olmadığını vurğulayır:

“Rusiyada ABŞ-ın dünyadakı hərbi qüdrətini proqnozlaşdırmasına imkan verən geniş bir ittifaq və baza şəbəkəsi yoxdur. Rusiya iqtisadiyyatı İtaliya, Kanada və Braziliya iqtisadiyyatlarından geri qalmağa davam edir, demək olar ki, tamamilə neft, qaz, mineral resurslardan və silah ixracatından asılıdır”.

Obama Rusiyadakı korrupsiyanın yüksək səviyyəsinə, sosial bərabərsizliyə və əhali arasında kişilərin qısa ömürlü olmasına da diqqət çəkib.

Eks-prezidentin fikrincə. Moskvanın qəzəbi əsasən ABŞ-a qarşı yönəlib. Obama Moskvanın keçmiş sovet bloku ölkələrinin Rusiyanın təsir dairəsindən çıxmasının qarşısını almaq üçün səylərini intensivləşdirdiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər