Koronavirus pandemiyasından dolayı Türkiyədə həftə sonları saat 10:00-dan 20:00-a qədər küçəyə çıxmaq qadağan ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
Dövlət başçısı məhdudiyyətlər çərçivəsində bir sıra ictimai-sosial obyektlərin də fəaliyyətinin dayandırılacağını bildirib.