Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 103 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 704 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 3 819 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 421 413 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 688 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 359 063 nəfər təşkil edir.