İsveç ordusu Stokholm yaxınlarında dəniz altında yad hərbi qüvvələrin olması xəbəri üzərinə bölgədə əks-kəşfiyyat əməliyyatına başlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İsveç Hava Qüvvələri tərəfindən edilən açıqlamada bildirilib.
Belə ki, Stokholmun 50 km-də adalar yaxınlığında dəniz altında yad hərbi qüvvələrin olduğu aşkara çıxarılıb. Bu səbəbdən bölgəyə hərbi helikopter və gəmilər gətirilib.
İsveç Silahlı Qüvvələrinin açıqlamasında o da bildirilib ki, bu barədə məlumat güvənli qaynaqdan daxil olub.
Müdafiə naziri Peter Hultqvist Silahlı Qüvvələr tərəfindən tez-tez məlumatlandırılıdığını və bu səbəblə də ərazidə 200-ə yaxın canlı qüvvənin yerləşdirildiyini bildirib.