"Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyaları Ermənistan parlamentinin iclaslarını boykot etməkdə davam edirlər.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu gün də adı çəkilən partiyaların deputat fraksiyaları parlamentin iclasına qatılmayıb.
Hazırda parlament iclasında yalnız hakim “Mənim addımım” partiyasından olan deputatlar iştirak edir.
Xatırladaq ki, iclasda 2021-ci il üçün Ermənistanın dövlət büdcə layihəsi müzakirə edilir. Müzakirələr noyabrın 20-nə qədər davam edəcək.
Parlament müxalifəti isə iclasda Baş nazir Nikol Paşinyanın istefası məsələsinin müzakirə edilməsini tələb kimi irəli sürür, əks təqdirdə toplantıları boykot edəcəyini bəyan edib.