Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ümid edir ki, Ermənistandakı etiraz aksiyaları Dağlıq Qarabağdakı sabitləşən vəziyyətə mənfi təsir göstərməyəcək.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirik ki, Ermənistandakı hadisələr bölgədə sabitliyin pozulmasına gətirib çıxarmayacaq və bu, imzalanan bəyanatla yanaşı, digər amilləri də təhdid etməyəcək”, - Rudenko qeyd edib.