İraqın şimalındakı “Pəncə Əməliyyatı” bölgəsində meydana gələn avtomobil qəzasında 1 türk hərbçisi hadisə yerində şəhid olub, 2 hərbçi yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanaya aparılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Şəhid olan polkovnik-leytenant Rasim Sayan və çavuş Mehmet Sinan Kılıçın Türk bayrağına bükülmüş cəsədləri vətənlərinə yola salınıb.