19 Noyabr 2020 21:26
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz “Twitter” səhifəsində yazıb.

“Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək”.

S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər .Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər