Suriyada Bəşər Əsəd rejiminin dəstəkçisi olan daşnaklar işğalçı Ermənistan ordusunun sıralarında döyüşüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu bildirib.
Jurnalist işğalçı qüvvələrin əcnəbi muzdluların “xidmət”lərindən istifadə etdiyini, Ermənistanda fəaliyyət göstərən bir sıra ictimai-siyasi təşkilatların da bunu təsdiqlədiyini qeyd edib:
“Ermənilər Qarabağda “əcnəbi muzdlular”ın döyüşmədiyini deyirdilər. Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun Suriyadakı bölməsi üç üzvünün fotosunu yayıb. Onlar Qarabağda gəbərmiş suriyalı daşnaklar - Arut Panoyan, Akop Astarcyan və Mosik Seklemanyandır.
Arut Panoyan Suriyanın Hələb şəhərindəki erməni məhəllələrinin “özünümüdafiə qüvvələri”nin komandiri, Astarcyan və Seklemanyan isə o “qüvvələr”dəki daşnkalardan idilər. Onlar Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyirdilər. Amma Qarabağda məhv edildilər”.