Rusiya Prezidenti Vladimir Putinin səhhəti son vaxtlar gündəmdədir. İdmana önəm verməsi ilə tanınan və keçmişdə kəşfiyyat zabiti olduğu üçün formasını qoruyan Vladimir Putinin sağlamlığı ilə bağlı müzakirələrə yeni fərziyyə əlavə edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki gün əvvəl iclas zamanı sürəkli öskürən Rusiya liderinin koronavirusa tutulmuş ola biləcəyi iddiası irəli sürülüb. İddia Kreml tərəfindən rədd edilib.
Ancaq az sonra başqa bir iddia ortaya atılıb. Moskva Dövlət Diplomatiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Valeri Solovey Putinin xərçəng xəstəsi olduğu və bu səbəbdən əməliyyat edildiyi iddiasını irəli sürüb. Solovey iddiasında qərarvermə mərkəzində olan mənbələrə söykəndiyini bildirib.
Putinin sağlamlığından bəhs edən Solovey ona neyropsixologiya və xərçəng diqanozu qoyulduğunu söyləyib.
Valeri Solovey ikinci diaqnozu daha ciddi şərh edib. Tam diaqnoz üçün məlumat verməkdən yayınan müxalifətçi Solovey “mən həkim deyiləm və bu məsələləri açıqlamağa etik haqqım yoxdur” deyib.
Adı açıqlanmayan başqa bir mənbə Rusiya Prezidentinin fevral ayında qarın boşluğundan əməliyyat olunduğunu bildirib. Vladimir Putinin parkinson xəstəliyinə tutulduğuna dair xəbərlərin də müəllifi olan Valeri Solovey Rusiya liderinin səhhətindəki problemlər səbəbindən yanvar ayında qızı Katerina Tixonovanı varisi təyin edərək vəzifəsindən getməyi düşündüyünü söyləyib.
Qeyd edək ki, Kremlin yaydığı açıqlamada Vladimir Putinin heç bir sağlamlıq probleminin olmadığı və koronavirüs tutmadığı ifadə edilib.