19 Oktyabr 2014 14:04
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənub vilayəti Helmandda təhlükəsizlik qüvvələri hücuma məruz qalıb.

Teleqraf.com-un məlumatına görə, avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 3 polis əməkdaşı ölüb. Hadisə Ləşkərgah şəhərində baş verib. Hadisə zamanı 1 mülki olmaq 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı istintaq araşdırması başladılıb. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, Taliban silahlı qruplaşmasının partlayışlarda əli olduğu ehtimal edilir.

Partlayışlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri fonunda qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər