22 Noyabr 2020 21:25
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri PKK/YPG terror təşkilatının Şimali İraqdakı mövqelərinə qarşı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda əməliyyatların Avaşin bölgəsində keçirildiyi bildirilib. Əməliyyat nəticəsində türk ordusunun yerləşdiyi bölgəyə (“Barış Çeşməsi”) keçməyə cəhd göstərən 4 terrorçu zərərsizləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu