22 Noyabr 2020 19:58
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması idi və lazımi infrastruktur vaxtında yaradılmasa, üçüncü dalğa 2021-ci ilin əvvəllərində gələcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi David Nabarro İsveçrənin CH Media nəşriyyat qrupuna verdiyi müsahibədə bildirib.

D.Nabarro qeyd edib ki, Avropada buna reaksiya natamam olub. O əlavə edib ki, Avropa ölkələri "birinci dalğanı nəzarətə aldıqdan sonra yaz aylarında lazımlı infrastruktur yaratmaq fürsətini əldən qaçırıblar":

"İndi isə onlarda ikinci dalğadır. Lazımi infrastrukturu indi yaradılmasa, gələn ilin əvvəlində üçüncü dalğa başlayacaq".


Müəllif: Teleqraf.com