23 Noyabr 2020 00:57
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 604 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 604 943 nəfər yeni koronavirusa yoluxub, 9 237 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 57 882 183, ölənlərin isə 1 377 395 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Müəllif: Teleqraf.com