Dünyada erməni həyasızlığı davam edir.
Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl Qüdsün erməni patriarxı, Baş yepiskop Nurhan Manukyan Rusiya Prezidenti Vladimir Putinə atəşkəsin əldə olunması və müharibənin dayandırılmasına görə təşəkkür məktubu yazıb.
Ermənistanın “Azatutyun” radiosunun məlumatına görə, yepiskop həyasızlıq edərək Şuşa və Hadrut şəhərlərinin, habelə “erməni” məbədlərinin geri qaytarılmasını xahiş edib.
Yepiskop ümid edir ki, Rusiya Prezidenti Putin onun məktubunu nəzərə alaraq cavab verəcək.
Xatırladaq ki, Azərbaycan Ordusu sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin işğal edilən bir neçə rayonunu işğalçı erməni qüvvələrindən təmizləyib, habelə Azərbaycan xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərini düşməndən azad edib.
Ötən gün isə həm Rusiya, həm də Fransa prezidentləri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu bəyan edib.