23 Noyabr 2020 12:28
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pfizer” və “Moderna” şirkətləri tərəfindən hazırlanan yeni növ koronavirus peyvəndi ilə bağlı əldə edilən uğurlu nəticələr vaksinin ilk kimə vurulacağı məsələsini gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, ABŞ-da Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Antoni Fauci peyvəndin ediləcəyi ilk 5 qrupu açıqlayıb.

Fauci dekabrın sonunda çıxması gözlənilən peyvənd üçün siyahının ikili məqsədlə hazırlanacağını deyib:

“Vaksin ən çox risk altında olanlara və iqtisadiyyatı yenidən açmaq üçün üstün tutulanlara tətbiq olunacaq. İlk növbədə səhiyyə işçiləri, sonrakı pillədə ciddi xəstəlik problemi olanlar gələcək. Üçüncü yerdə müəllimlər, dayələr dördüncü yerdə olacaq. Beşinci yerdə cəmiyyətdə aktiv rol alan siyasətçilər və dövlət xadimləri nəzərdə tutulub”.


Müəllif: Yeganə Oqtayqızı