ABŞ Dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd Bin Salmanla görüşündə İsrailin Baş naziri Binyamin Netanyahu da iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu gizli görüşün üstünü İsrailin hərbi radiosu aça bilib.
Qeyd edilir ki, Dövlət katibi Pompeo ilə Məhəmməd Bin Salman bazar günü Ər-Riyadda bir araya gəlib. Görüşün fotoları krallıq tərəfindən mətbuata ötürülüb. Sonradan aydın olub ki, görüşdə iştirak edən üçüncü şəxs Netanyahudur.
İsrail radiosunun xəbərinə hələlik rəsmi Təl-Əviv reaksiya verməyib.