23 Noyabr 2020 15:59
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici işlər naziri Jan İv Le Drian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa ölkələri ilə kompromis siyasəti istədiklərini söylədikdən sonra bu açıqlamaların “yetərli olmadığını” deyib.

Teleqraf.com xəbər verir ki, fransalı nazir dekabr ayında Avropa Şurasında yeni sanksiya məsələlərini ələ almadan əvvəl Türkiyədən bu istiqamətdə “konkret addımlar” gözlədikləri bildirib.

“Son bir neçə gündə Prezident Ərdoğandan gərginliyi azaldacaq açıqlamalar gəlir, ancaq bu, kifayət deyil. Konkret addımlara ehtiyacımız var”, - Drian bildirib.

Ərdoğan bundan əvvəl: “Özümüzü başqa bir yerdə deyil, Avropada görürük. Gələcəyimizi AB ilə qurmağı düşünürük” deyərək, dialoq çağırışı edib.

Fransa hökuməti uzun müddətdir ki, Türkiyənin Aralıq dənizinin şərqində Yunanıstan və Yunan Kiprinin suverenliyini pozduğunu iddia edir. Eyni zamanda, Ankaradan Dağlıq Qarabağ məsələsində fəaliyyətini azaltmağı tələb edərək, Azərbaycan və Ermənistan arasında böhrana səbəb olduğunu iddiası ilə düşmən münasibət sərgiləyir.

Sentyabrın 27-də Azərbaycanın əks-cavabı ilə Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunandan indiyədək işğalçı Ermənistana dəstəyini əsirgəməyən Fransanın bu saxta tələb və istəkləri birmənalı deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər