“Fransa hökuməti ölkədə müsəlman əhalinin say və fəaliyyətlərinin artmasından narahatdırlar. Ən əsası da, Makronun növbəti dəfə seçilməmək narahatlığı onu sələflərinin səhvlərini təkrarlamağa məcbur edir. Sarkozi də buna bənzər cəhdlər etdi. Le Pen və digər ultra-millətçilər oyunu öz xeyirlərinə çevirmək üçün müsəlmanları hədəfə aldılar”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış deyib.
Onun sözlərinə görə, fransız siyasətçilərdən heç biri bu siyasətlərindən faydalana bilməyiblər, əksinə seçkilərdə məğlubiyyətlərini sürətləndiriblər: “İndi də Makron eyni yolda gedir, seçkini uduzmaq ehtimalı siyasətçiləri səhv yola aparır”.
Fransada əhalinin 11, Almaniyada isə 9 faizinin müsəlman olduğuna diqqət çəkən Egemen Bağış İslamın bir Avropa gerçəyi olduğunu söyləyib:
“Əminəm ki, Avropada bu dinə görə Türkiyənin AB üzvlüyünü rədd edənlər var. Ancaq düşünürəm ki, bunun məsələ ilə heç bir əlaqəsi yoxdur, çünki İslam Avropa reallığıdır”.
Egemen Bağış Türkiyənin yürütdüyü siyasətin Fransanı narahat etdiyini bildirib: “Biz onlara səbəb olduğumuz narahatlıq üçün tərəddüd etməyəcəyik və üzr istəməyəcəyik.
Bir tərəfdən iddia edəcəksiniz ki, demokratiyanın beşiyisiniz, digər tərəfdən, İslam dünyasında demokratiyanı yaşadan, demokratiyanın sabitliyini qoruyub saxlayan bir ölkəni (Türkiyəni) qarşınız alacaqsınız. Burada məntiqi bir səhv var. Əsl dərdləri başqadır. Türkiyənin Liviya, Suriya, İraq, Azərbaycan, Afrika və bütün dünyada artan fəaliyyətləri bəzi insanları narahat edə bilər, ancaq biz onlara səbəb olduğumuz narahatlığa görə üzr istəməyəcəyik”.