23 Noyabr 2020 20:39
6 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada müsəlmanlara qarşı təzyiqçi münasibət yalnız Makronun siyasəti olaraq görmək doğru deyil. Bu, Fransanın müstəmləkə tarixindən bəri müsəlmanlara qarşı ənənəvi münasibətinin davamıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransada yaşayan türk jurnalist Ömər Aydın deyib.

“Fransa həmişə digərini görməməzlikdən gəlir. Məsələn, Əlcəzair, Mərakeş və Tunisi işğal edəndə, bu ölkələrin mədəniyyətinə və dəyərlərinə məhəl qoymadı, tamamilə fransızlaşdırdı. Ölkədəki zülm və müsəlmanları görməməzlikdən gəlmə siyasəti Sarkozi dövründə daha da sərt oldu”, - jurnalist qeyd edib.
Ömər Aydın qeyd edib ki, Avropada ən çox müsəlmanın yaşadığı ölkə olan Fransada İslama sahib olmaq üçün bir savaş başlayıb:

“Makron 10 milyona yaxın müsəlmanı fransızlaşdırmağa və “Fransa İslamı” adlanan bir tezislə onları assimilyasiya etməyə çalışır. “Fransız xristianlığı” olmadığı kimi, “Fransız İslamı” da məntiqsiz və qanunsuz bir anlayışdır. Amma bu planın icrasını həyata keçirən Makron Fransada yaşayan müsəlmanları Türkiyə və Ərdoğandan uzaqlaşdırmağa çalışır. Çünki son zamanlarda Fransa müsəlmanları “Makronun yaxın dostları” olan BƏƏ, Misir və Səudiyyə Ərəbistanından Türkiyəyə dönüblər. Ərdoğanla qurduqları mənəvi bağları qoparmağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər