24 Noyabr 2020 13:20
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının kuryeri, “Dıhlaz” ləqəbli Hizrət Çalkını Şimali İraqda zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

MİT “boz” kateqoriyasında axtarılan, PKK/KCK-nın İraqla Suriya arasında terror aktlarını koordinasiya edən Hizret Çalkının terror təşkilatının toplantısına qatılacağı barədə kəşfiyyat məlumatı əldə edib.

MİT kəşfiyyatçıları tərəfindən yaxından izlənilən Çalkının digər terrorçularla görüşdüyü üzə çıxıb.

Çalkın və digər terrorçular toplantı əsnasında vurularaq zərərsizləşdirilib.

PKK/KCK-ya 2011-ci ildə qatılan Çalkın 2014-cü ildə Türkiyədə fəaliyyət göstərdikdən sonra Suriyaya qaçmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər