“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı nəticəsində əldə edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmalara hazırda əməl olunur və Amerika tərəfi hadisələrin bu inkişafını alqışlayır”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Conatan Hoffman açıqlama verib.
“Deyə bilərəm ki, bu mərhələdə Azərbaycan və Ermənistan arasında hörmət olunan bir sülh sazişi var”, - Pentaqon rəsmisi bildirilib.