19 Oktyabr 2014 23:06
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD ilə ABŞ arasında iki ildir danışıqlar aparılır. Lakin ABŞ Türkiyənin etirazına səbəb olacağını bildiyi üçün bu danışıqlar barədə açıqlama vermir”.

Teleqraf.com-un Türkiyənin “Hürriyyet” qəzetinə istinadən məlumatına görə, bu barədə İraq mediasına müsahibəsində PKK-nın Suriyadakı qolu olan PYD-nin sözçüsü Nevaf Xəlil danışıb.

N. Xəlil deyib ki, ABŞ Kobaniyə hərbi və əsgəri yardım etməyi qəbul edib: “PYD-nin həmsədri olan Salih Müslimin Parisdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Daniel Rubinsteynlə görüşündə əsas müzakirə mövzusu Kobaniyə silah göndərmək olub”.

Qeyd edək ki, ötən həftə ABŞ Xarici İşlər Nazirliyi (XİN) PYD ilə görüşlərə başladığını bəyan edib. Dünən isə ABŞ XİN PYD ilə əməliyyat məlumatlarını paylaşdıqlarını açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər