25 Noyabr 2020 19:48
6 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsəlmanlara qarşı yönəlmiş irqçilik Qərbi vəba kimi cənginə alıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün anti-İslam və anti-müsəlmanlıq bəzi Avropa ölkələrində dövlət başçıları səviyyəsində şəxsən qorunan bir siyasətə çevrilib. Açıq danışaq, İkinci Dünya Müharibəsindən əvvəl Avropada yəhudilərə qarşı aparılan linç və nifrət kampaniyası bu gün müsəlmanlara qarşı təkrarlanır. Eynilə 1940-cı illərin avropalı yəhudiləri kimi bu gün müsəlmanlar cəmiyyətlərdə təcrid olunur, media və siyasətçilərin əli ilə “günah keçisi”nə çevrilir. Bu nifrətdən təkcə müsəlmanlar yox, etnik kimliyi, xarici görünüşü, kökəni, dini, dili fərqli olan digər kəsimlər də alırlar. Heç birimizin bu qorxunc mənzərə qarşısında səssiz qalmaq şansımız yoxdur.

İslamofobiya və ksenofobiya ilə mübarizə bu torpaqlarda yaşayan qardaşlarımıza qarşı məsuliyyətimizdən gələn bir tələbdir, milyonlarla insanın hüquqlarını səriştəsiz siyasətçilərin ambisiyalarına qurban verə bilmərik. Mətbuatın tiraj qayğısının gələcəyimizi zəhərləməsinə icazə verə bilmərik. Beynəlxalq platformalardan istifadə edərək Qərbi vəba kimi cənginə alan irqçiliyə qarşı mübarizə aparmalıyıq. Şübhəsiz ki, bunun yolu gücləri birləşdirməkdir”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər