ABŞ və Çinin kibertəhlükəsizlik sahəsindəki münasibətlərinin yenilənməsi hazırda əməlli-başlı problemə çevrilib.
Teleqraf.com RİA Novosti-yə istinadla bildirir ki, bu fikri Çin dövlət şurasının üzvü, xarici işlər üzrə məsləhətçi Yan Tszeçi Bostondakı danışıqlar zamanı ABŞ dövlət katibi Con Kerriyə bildirib. Çin siyasətçisinin fikrincə, ABŞ-ın yanlış fəaliyyəti nəticəsində hazırkı mərhələdə kibertəhlükəsizlik sahəsində Çin-Amerika əməkdaşlığı və dialoqunu yenidən bərpa etmək çətindir.
Xatırladaq ki, Birləşmiş Ştatlar dəfələrlə Çin hakerlərini casusluqda və kibermüharibəni alovlandırmaqda ittiham edib. ABŞ həmçinin Çin və Rusiyanı əsas kibertəhlükə adlandırıb.