26 Noyabr 2020 11:23
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Azay Quliyev deyib.

O əlavə edib ki, Senatın məlum qətnaməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddiyyət təşkil edir:

“Təsəvvür edin ki, Fransa Senatı Azərbaycanı beynəlxalq hüquqla tanınan öz ərazisinə hücuma görə ittiham edir. Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalı, Fransa ilə iqtisadi və humanitar əlaqələr kəsilməli, parlamentlərarası fəaliyyət dayandırılmalı, Prezident Makronun Azərbaycanın ərazi bütövlüyünə dair bəyanatı yenilənməlidir. Həmçinin Senatın bu addımının yolverilməzliyi bəyan olunmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər