Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatında qısaca nazir Çavuşoğlunun Stoltenberqlə həmsöhbət olduğu qeyd edilib, danışığın detalları barədə heç bir əlavə informasiya verilməyib.