Türkiyənin tanınmış ilahiyyatçısı, professor Nihat Hatipoğlu “CNN Türk”də iştirak etdiyi bir proqramda Yaxın Şərqdəki vəziyyətlə bağlı öz fikirlərini bölüşüb. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu məsələdə xüsusi rolundan danışıb və “yaxşı ki, o var” deyib.
Teleqraf.com-un məlumatına görə, Türkiyəli məşhur din xadimi ilk dəfə siyasi açıqlama verib. Daha sonra isə tamaşaçılara tərəfsiz olduğunu göstərmək üçün bunları söyləyib:
“Yaxşı ki, Dövlət Baxçalı var deyirəm. Bunu açıqlamaq bir din adamı üçün problemdir, danışa bilməz. Axı niyə danışa bilməsin? Hansısa həkim, mühəndis, danışa bilirsə, din adamı niyə danışmasın ki? Mən doğru olan nədirsə, onu deyirəm. Bilirsiniz, niyə “yaxşı ki, Baxçalı var” deyirəm? Bu, mənim MHP-li olduğum üçün deyil. Kobani aksiyaları vaxtı onun camaatı küçəyə, meydanlara çağırmadığı üçün...”