27 Noyabr 2020 08:59
677

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib.

A.Yudin bildirib: "Qeyd etmək lazımdır ki,S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır".

Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.


Müəllif: Teleqraf.com