27 Noyabr 2020 11:36
820

Ukrayna ordusu Türkiyədən 5 ədəd Bayraqdar dronu alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general Ruslan Homçak deyib.

O bildirib ki, 2021-ci ildə Türkiyədən daha 5 ədəd Pilotsuz Uçuş Aparatı (PUA) alınacaq.

Qeyd edək ki, Ukrayna və Türkiyə arasında 2019-cu ildə imzalanan 69 milyon dollarlıq anlaşma çərçivəsində Ukrayna ordusu 6 ədəd PUA, habelə 200MAM-L model raket alıb. Bununla bərabər iki PUA nəzarət mərkəzi Ukrayna ordusuna daxil edilib.


Müəllif: Cavad