27 Noyabr 2020 14:25
10 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqındakı hakim koalisiya Almaniyanın Dağlıq Qarabağda sülh yolu ilə həll prosesində iştirak etmək və bu bölgənin sakinləri arasında dinc və bərabər münasibətlərin qurulmasını təşviq etmək niyyətində olduğuna dair bəyanatı dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.

Sənəd Almaniya parlamenti üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

Alman millət vəkilləri rəsmi Ankara və Moskvanı siyasi maraqlarını təmin etmək üçün üçüncü ölkələrdən istifadə etməməyə çağırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər