İraqın Ənbar vilayətində İŞİD terror qruplaşmasının 45 üzvü ölü olaraq ələ keçirilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ənbar əməliyyatları üzrə cavabdeh şəxs olan general Rəşid Felih “Anadolu” agentliyinə xəbər verib.
O, bildirib ki, Ramadinin qərbindəki Bağdadi bölgəsində İŞİD terrorçuları ilə bölgə qüvvələri arasında qarşıdurma yaşanıb. Qarşılıqlı döyüş zamanı 30-dan çox silahlı öldürülüb.
Ramadinin Hadisə bölgəsində isə baş verən başqa bir qarşıdurma zamanı 15 İŞİD terrorçusu məhv edilib, ağır silah daşıyan 4 texnikaları isə ələ keçirilib.