28 Noyabr 2020 08:45
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya sahilləri yaxınlığında Sakit Okeanda quru yük gəmisi və balıqçı gəmisi toqquşub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kyodo agentliyi bildirib.

Məlumata əsasən, hadisə İbaraki prefekturasının Kaşima limanında baş verib.

Dəniz Təhlükəsizliyi İdarəsindən bildiriblər ki, "№ 5 Fudomaru" balıqçılıq gəmisi toqquşmadan sonra aşıb və 12 nəfər suda qalıb.

Onların hamısı xilas edilib. Yaralananlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri isə ölüb.

Yük gəmisində heç kimin xəsarət almadığı qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər