Türkiyədə son sutka ərzində 182 nəfər koronavirusdan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Onun sözlərinə görə, son 24 saatda 6714 pasiyentin COVID-19 testi pozitiv çıxıb.
Ağır xəstə sayı ötən günlə müqayisədə 87 nəfər artaraq 4903 olub.