29 Noyabr 2020 01:47
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində 72 nəfər COVID-19-un qurbanı olub.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda qeyd olunub ki, son 24 saatda Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 72 xəstə dünyasını dəyişib.

Xatırladaq ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 828 nəfərə çatıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər