Londonda karantin rejiminin tətbiqi əleyhinə etiraz aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, etirazçılar maska taxmaqdan imtina edərək karantin qaydalarının ləğv edilməsini tələb ediblər. Oksford, Karnbi və Regent küçələrində keçirilən aksiya nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.
Aksiya zamanı polis və etirazçılar arasındakı qarşıdurma nəticəsində 150 nəfər həbs olunub.