Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 423 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 71 971 nəfərə çatıb.
Məlumata əsasən, son sutka ərzində koronavirusdan 461 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Hazırkı dövrədək ölkədə koronavirusdan ölənlərin sayı 1 262 nəfər, sağalanların sayı isə 63 407 nəfər təşkil edir.