30 Noyabr 2020 09:12
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin mətbuat katibi vəzifəsində Cen Psakini təyin etmək niyyətindədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə C.Baydenin press-puluna daxil olan bir sıra aparıcı ABŞ KİV-lərinin jurnalistləri məlumat veriblər.

Məlumata əsasən, C.Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda isə C.Baydenin keçid komandasının məsləhətçisidir.

Bildirilir ki, C.Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər