20 Oktyabr 2014 10:55
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq PKK-nın terrorizmlə mübarizə apardığını iddia edir.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İraqın yeni qurulan milli birlik hökumətinin başçısı Heydər Abadi açıqlayıb. O bu sözləri ilə Ankaranı PKK-nı vurmaması barədə xəbərdarlıq edib. Abadinin sözlərinə görə, PKK terror təşkilatı siyahısından çıxarılmalıdır.

İraq parlamentində çıxışı zamanı Abadi Türkiyədən PKK-ya qarşı İraq sərhədlərindəki hücumlarına son verməsini istədiyini bildirib: “Biz bilirik ki, PKK “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə aparır və önəmli addımlar atır. PKK indi bizimlə birlikdə terrorçu təşkilatlara qarşı vuruşur. Türkiyəni İraq sərhədində PKK-ya qarşı hücumları dayandırmağa çağırdıq. Türkiyə baş naziri Əhməd Davudoğlu ilə telefon danışığım zamanı da bu istəyimi bildirdim”.

Samir


Müəllif:

Oxşar xəbərlər