İran parlamenti ölkənin nüvə fəaliyyətinin canlandırılmasına dair layihənin ümumi müddəalarını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat verib.
Məlumatda qeyd edilib ki, parlamentin iclasında 251 millət vəkili “Sanksiyaların ləğvi üçün strateji tədbir” adlı bir layihəyə səs veriblər.
Nüvə mühəndisi Möhsün Fəxrizadənin öldürülməsindən sonra qanun layihəsinin sürətləndirilmiş əsasda nəzərdən keçirilməsinə qərar verilib.
Qanun layihəsi ölkədə ildə 20 kiloqram zənginləşdirmə səviyyəsi ilə 120 kiloqram uranın istehsalı və toplanmasını (20 faizdən çox uran silah növü sayılır) və ayda ən azı 500 kiloqram az zənginləşdirilmiş uran istehsalını da təmin edir.
Hazırda İran uranı razılaşmada nəzərdə tutulan 3.67% əvəzinə 4% -dən yuxarı səviyyədə zənginləşdirir.