Bu gün İraqdan verilən açıqlama PKK üçün son ayların ən ağır zərbəsi olub.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İraqın Mahmur bölgəsindən sonra PKK-nın təşkilatlanması baxımından önəmli nöqtə sayılan Sincardan terrorçular çəkilməyə başlayıb.
İraq hökumətinə bağlı qüvvələrin bölgəyə hərəkət etməsi nəticəsində boşalan bu ərazi Bağdad hökumətinin nəzarətinə keçəcək.
İraq Əməliyyatlar Komandanlığı bəyan edib ki, təhlükəsizlik qüvvələri Sincarın mərkəzinə doğru hərəkət edir.
Təhlükəsizlik mütəxəssisləri isə hesab edirlər ki, bu halda PKK Sincar dağlarına çəkilməli olacaq.