1944-cü il dekabrın 1-də İkinci Dünya Müharibəsindən qayıdan seneqallı əsgərlərə qarşı Fransanın törətdiyi Tiaroye qırğını yaddaşlarda qalır. İkinci Dünya Müharibəsi dövründə Fransa müstəmləkəsi olan Qərbi Afrikada vuruşan seneqallı hərbçilərin qətliamından 76 il keçməsinə baxmayaraq, Fransanın sirr pərdəsini qaldırmaq üçün arxivlərini açması gözlənilir.
Teleqraf.com xəbər verir ki, Fransa sıralarında vuruşduqdan sonra Dakara göndərilən, lakin “üsyan” etdikləri səbəbiylə Tiaroye Hərbi Düşərgəsində öldürülən seneqallı hərbçilərin sayı bu gün də bilinmir.
Paris bu rəqəmin uzun müddət 35 olduğunu söyləsə də, keçmiş prezident Fransua Ollandın 2014-cü ildə Tiaroye qəbiristanlığına səfəri zamanı 70 nəfərdən bəhs etməsi əsl sayının gözlənildiyindən çox olduğunu ortaya qoydu. Ollandın o dönəmdə səsləndirdiyi “Fransız forması geyən, ancaq fransız silahlarının yönləldildiyi adları xatırlamaq və bir haqsızlığı aradan qaldırmaq istəyirəm” ifadəsi Fransa və dünyada şok effekti yaratmışdı. Çünki Olland bu açıqlama ilə Fransanın qırğında məsuliyyətini qəbul edən ilk fransız dövlət xadimi oldu.
Qanlı sübh çağı
“Anadolu” Agentliyinə danışan tarixçi Samba Leye Fransa tərəfindən irəli sürülən “üsyan” tezini rədd edib və əsgərlərin təxrisindən əvvəl onlara söz verilən təzminatı almaq üçün toplandıqlarını bildirib. Ölənlərin sayının hələ də qeyri-müəyyən olduğunu vurğulayan Leye sağ qalan 34 nəfərin 1 ildəən 10 ilə qədər həbs cəzası verildiyini, lakin hamısının 2 il içində sərbəst buraxıldığını qeyd edib: “Seneqallı əsgərlər Tiaroye düşərgəsində “M3” tankı, 2 pulemyot və jandarma bölmələri tərəfindən sübh çağı öldürülüb”.
Afrika Hüquqşünaslar Birliyinin (AJA) rəhbəri Marie Boar da, Fransanın iddia etdiyi kimi bir qiyamın olmadığını vurğulayıb: “Bu əsgərlər toplanaraq düşərgədə öldürüldü. Bu, hərbi cinayətdir, bəşəriyyətə qarşı cinayətdir və Tiaroyenin dəhşətli keçmişidir”.
Boar AJA-nın Fransadan qırğını tam aydınlaşdırmaq üçün arxivlərini açmasını istədiyini bildirib.
Dakardakı Şeyx Anta Diop Universitetinin Tarix fakültəsinin dekanı Mor Ndao da, Fransanın qalib əsgərləri mükafatlandırmaq əvəzinə qətlə yetirdiyini deyib: “Bu insanlar sənin azadlığınız üçün mübarizə apardılar. Geri döndükləri zaman medal vermək əvəzinə onları öldürdün”.
Cəbhədən müjdə gəlməyə başladıqda Fransanın Afrika əsgərlərindən ən qısa müddətdə “qurtulmaq” istədiyini vurğulayan Ndao 6 ayda ölkəsinə 9 min 678 seneqallı snayper göndərildiyini söyləyib.
Fransa üçün mübarizə aparan 17 min seneqallı
Tiaroye qəbiristanlığından tapılan 202 adsız qəbir qırğının vacib simvollarından biri sayılsa da, sayı bilinməyən qurbanların düşərgənin yaxınlığındakı bir çuxurda basdırıldığı təxmin edilir. Seneqallı snayperlər 1944-cü il noyabrın 21-də Dakara qayıdanda 1280 nəfər olduqları məlumdur. Fransa Müdafiə Nazirliyinin məlumatlarına görə, İkinci Dünya Müharibəsi dövründə cəbhədə vuruşan 17 min seneqallı topçu ya öldürüldü, ya yaralandı, ya da itkin düşdü.
Açılmayan arxiv
Fransanın ən qədim müstəmləkəsi olan Seneqal 1895-1946-cı illərdə “Fransız Qərbi Afrikası”na daxil idi. Seneqal 1946-cı ildə “Uzaq Fransa diyarı” olaraq qəbul edilmişdi, 1958-ci ildə muxtar bölgəydi. 1960-cı ildə tam müstəqillik əldə etdi.
Hər il 1 dekabr tarixində Tiaroye qəbiristanlığında 1944-cü ildə öldürülən seneqallı snayperlər üçün anım mərasimləri keçirilir. Qırğında həyatını itirənlərin yaxınları 400-ə yaxın seneqallı topçunun fransız əsgərləri tərəfindən öldürüldüyünü bildirib və Fransadan arxivi açmasını tələb edib.